Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Bahar bayramınız mübarək” adlı tədbir keçirilib

17.03.2023

Martın 17-də Yardımlı rayon İcra Hakimiyyətinin dəstəyi və Yardımlı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə mərkəzdə "Bahar bayramınız mübarək" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, hüquq-mühafizə oraqanlarının rəhbərləri, təhsil, mədəniyyət işçiləri və rayon sakinləri iştirak edib.

Tədbirdə Novruz tonqalı yandırılıb. Sonra tədbir iştirakçıları milli adətlərimizi, baharın gəlişini və Novruz ənənlərini əks etdirən sərgilərlə tanış olublar. Daha sonra Dədə Qorqud və Bahar qızı tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib. Novruzun əsas atributlarından olan Kosa və Keçəlin çıxışı maraqla qarşılanıb.

Uşaq bağçasının balaca fidanlarının və kənd bədii özfəlaiyyət kollketivlərinin çıxışları da tədbirə əlavə rəng qatıb. Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.